Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Ermənistan “Polonez”lərlə bağlı Belarusa şikayət etdi

Ermənistan “Polonez”lərlə bağlı Belarusa şikayət etdi
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin effektiv olması üçün sülhü təşviq edən atmosferin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Yenixeber.org: Bu barədə Ermənistan xarici işlər naziri Zohrab Mnaçakanyan Minskdə Belaruslu həmkarı Vladimir Makey ilə görüşündə deyib.
Bu kontekstdə, Mnaçakanyan Belarusun Azərbaycana “Polonoz” reaktiv yaylım atəşi sistemləri verməsilə bağlı narahatlığını gizlədə bilməyib. Vurğulayıb ki, “tərəfdaş ölkələr sülh atmosferinə təhlükə yaradacaq, regionda silahlanma yarışına səbəb olacaq və danışıqlar formatının razılaşdırılmış təbii işini pozacaq addımlardan qaçmalıdırlar.”

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belarusun Ermənistandakı səfiri İqor Nazarçukla görüşərək, KTMT çərçivəsində müttəfiqlik öhdəliyi olan rəsmi Minskin Azərbaycanı silahlandırmasını qınamışdı. Ermənistan XİN-in yaydığı bəyanatda isə Belarusun bu addımından təəssüf hissi keçirdikləri bildirilmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər artıq ordumuzun silahlanmasına daxil edilib. Belarus 2018-ci ildə 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sistemlərinin (РСЗО) ixracına dair ilk müqavilənin yerinə yetirilməsini planlaşdırıb. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Belə ki, bir maşın üzərində döyüşə hazır 8 raket mövcuddur. Bu isə "Polonezi" Rusiyanın Ermənistana verdiyi "İskəndər" raketlərindən daha dəqiq, dağıdıcı və məhsuldar edir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam