Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Hacı Şahin Ramazan bayramında çıxarılacaq fitr zəkatının məbləğini açıqladı

 

Sabah dünya müsəlmanları Ramazan bayramını qeyd edəcək. Bundan əlavə, mübarək ayın son günüdə məscidlərdə bayram namazları qılınacaq

Yenixeber.org: Əlamətdar günün yeganə vacib ibadəti fitrə zəkatının ödənilməsidir.
Bayram daxil olduqdan sonra imkanı olan hər bir müsəlmana vacibdir ki, özünün və onun öhdəsində olan kəslərin adından fitrə zəkatı çıxarmalıdır. Öhdəsində olan adamlar dedikdə ailə üzvləri, qonaqları, baxdığı insanlar və s. nəzərdə tutulur. Maddi təminatı başqasının öhdəsində olanlara və fəqirlərə zəkat vacib olmasa da, zəkat vermələrində bir eyb yoxdur.
Zəkatı bayram namazına qədər ünvanına çatdırmaq yaxşıdır, zöhr azanından sonraya qədər isə gecikdirmək olmaz.
İlahiyyatçı Hacı Şahin Həsənlinin rəsmi saytında qeyd olunub ki, fitrə zəkatının miqdarı adam başı 3 kq düyü, buğda, arpa, xurma və s. ərzaqlardır: “Müasir dövrün tələblərini nəzərə alaraq, yaxşı olar ki, fitrəni ərzaqla deyil, onun ekvivalenti olan pul miqdarı ilə çıxartsınlar. Qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar. Lakin, imkanı olanların bahalı ərzaqları meyar götürərək yardımlaşmaya daha çox qatqı etmələri bəyənilir. Orta hesablama ilə, imkan daxilində ftrə zəkatı adambaşı 5-10 manat arası hesablnsa daya yaxşı olar”.
Beləliklə, hər adam minimum 3 manat civarında fitrə çıxarmalıdır.
Fitrə çıxarmayan şəxsin orucunun qəbul olunmayacağı da hədislərdə öz əksini tapıb.
Qeyd edək ki, ölkənin bir çox məscidlərində saat 9:00-da bayram namazı qılınacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam