Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Azərbaycanlı girovlar "məhkəmə"də çıxış etdilər

Azərbaycanlı girovlar

 

 

    İşğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəməsi başlayıb. 
    “Xeberinfo.com”: Məlumatya görə, Ermənistan mətbuatının yazdığına görə, girovlar “günah”larını qismən boyunlarına alıblar. 
    Girovların rus dilini pis bilmələrinin məhkəmədə problemlər yaratdığı qeyd olunub. Bundan başqa, onların müdafiəsinin erməni vəkillərə həvalə olunduğunu bildirilib. 
     İlk prosesdə azərbaycanlıların şəxsiyyətləri, ailə vəziyyətləri dəqiqləşdirilib, Əsgərovun əvvəllər 15 sutka, Quliyevin isə 6 il həbs yatdığı və daha sonra bəraət aldığı qeyd edilib. 
     Erməni mətbuatının yazdığına görə, girovlarımız onlara qarşı irəli sürülən ittihamları qismən etiraf ediblər. D.Əsgərov bildirib ki, 2005-ci ildə Ş.Quliyevlə birgə və 2007-də isə iki dəfə -birincidə Raffi adlı biri, ikincidə isə qəbri ziyarət etmək üçün Azərbaycan sərhədini keçməsi ilə bağlı ittihamları qəbul etməyib. 
Lakin 2014-də Ş.Quliyev və Həsən Həsənovla sərhədi keçməsini təsdiqləyib. Əsgərov cəsusluq etməsi və erməni yeniyetməni öldürməsi ittihamları ilə razılaşmayıb. Bununla yanaşı, qanunsuz silah daşıma, pul, sənəd və mal-qara oğurluğunu qəbul edib. 
Şahbaz Quliyev isə bildirib ki, 2005-də sərhədlə bağlı heç nə bilməyib. 2014-də isə sərhədi keçib: “Dilqəm dedi ki, heç nə yoxdur, biz də inandıq”. 
Erməni KİV-i yazır ki, Quliyev silahların ona sərhəddə verildiyini deyib. Erməni yeniyetməni qaçırmalarına gəlincə Quliyev “uşağa çörək yedizdirmişəm” - deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam