Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Dilqəm Əsgərov ermənilərə səsləndi: “Məni güllələyin!”

 

Bu gün Azərbaycanın işğal altındakı Xankəndi şəhərində ermənilərin girov saxladığı Azərbaycan vətəndaşları Dilqəm Əsəgrov və Şahbaz Quliyevin qondarma apellyasiya məhkəməsinin ilk prosesi keçirilir

"Xeberinfo.com":  Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Dilqəm Əsgərov ona qarşı irəli sürülmüş ittihamları, xüsusən 17 yaşlı Smbat Çakanyanı qətlə yetirməklə bağıl epizodu rədd edib. 
Dilqəm Əsgərovun sözlərinə görə, o, yalnız doğma kəndini ziyarət etmək üçün Qarabağa gedib. O, həmçinin kənddə çoxlu qadın və uşaq gördüyünü, lakin onlara toxunmadığını deyib.
Qarabağda apardığı videoçəkilişlərə gəlincə isə Azərbaycan vətəndaşı həmin videoları casusluq məqsədilə çəkmədiyini vurğulayıb. Əsgərov həmin görünütülərin internetə də yerləşdirildiyini bildirib.
“Bu mənim Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmədiyimi göstərir. Onlar axı dəli deyillər ki, videoya baxsınlar, sonra da onu interntə yerləşdirsinlər”.
D.Əsgərov özü ilə yanaşı, Şahbaz Quliyevin də günahsız olduğunu və onlara qarşı irəli sürülən ittihamların haqsız olduğunu deyib. 
“Mənə qarşı elə ittihamlar irəli sürülüb ki, sanki Usama Ben Laden, ya da Şamil Basayevəm”.
Çıxışının sonunda Dilqəm Əsgərov günahsız olduğu üçün məhkəmənin onu ömürlük həbs cəzasına məhkum etməməsini istəyib.
“Ya məni azad edin, ya da gülləyin!. Amma ömürlıük həbs cəzası verməyin” –deyə Azərbaycan vətəndaşı çıxışını yekunlaşdırıb. 
Xatırladaq ki, 2014-cü ilin yayında Kəlbəcər ərazisində girov götürülən Azərbaycan vətəndaşlarından Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunub. Onlarla birgə Qarabağa getmiş 3-cü soydaşımız Həsən Həsənov isə ermənilər tərəfindən qətlə yetirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam