Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağda hərbi çevriliş?-Son dəqiqə

 

Qarabağlı müxalifətçi, “Milli dirçəliş” partiyasının liderlərindən biri Tiqran Qriqoryan Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qondarma rejimin hərbi çevrilişlə devrilməsinə hazırlıq getdiyini bildirib. Erməni KİV-lərinə istinadən xəbər verir ki, Qriqoryan bu haqda özünün Facebook səhifəsində müraciət yayıb.

Yenixeber.org: Onun bildirdiyinə görə, “vətəndaşlar” hərbi çevrilişə qarşı ayıq-sayıq olmalıdır.Çünki “dövlət naziri” Araik Arutyunyan güc strukturlarının rəhbərlərinin təzyiqləri ilə istefaya gedib. O, Xankəndində ötən həftə sonu başlayan etirazlar zamanı nümayişçilərin tələblərinin yerinə yetirilməsi və güc strukturlarında təmizləmələrin aparılması tərəfdarı kimi çıxış etmişdi.

Qriqoryan bildirir ki, qondarma “prezident” Bako Saakyan güc strukturlarının təzyiqi altındadır və o, “milli təhlükəsizlik xidmətinin” rəhbəri Arşavir Qaramyanı Araik Arutyunyanın yerinə təyin edəcək. Başqa sözlə, son hadisələrə görə günahkar olanlar nəinki cəzalandırılmayacaq, üstəlik onlar hakimiyyəti ələ keçirəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam