Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiya bizə hərbi dəstək verir”

 

Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Bako Saakyan Argentinanın “Clarin” qəzetinə verdiyi müsahibədə sensasion etiraf edib.
"Xeberinfo.com":  Virtualaz.org saytı xəbər verir ki, Bako Saakyan Rusiyanın Azərbaycanı silahlandırması mövzusu haqda danışarkən deyib: “Mən Rusiyanın Bakıya silah verməyi daha nə qədər davam etdirəcəyini bilmirəm. Ancaq onu da nəzərə almaq lazımdır ki, Rusiya Qarabağ qüvvələrinə də fəal dəstək verir. Bizim zabitlərimiz müntəzəm olaraq rusiyalı həmkarları ilə staj keçirlər”.
Qarabağın erməni separatçılarının Rusiya ilə birbaşa əlaqələri haqda məlumatlar əslində yeni deyil. Məsələn, elə Bako Saakyanın özü vaxtilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı - ştatlı agenti olub. Bu fəaliyyətinə görə Qarabağ erməniləri onu öz aralarında “KQB tulası” da adlandırırlar. Yaxud qondarma “Dağlıq Qarabağ müdafiə naziri” Movses Akopyan bir neçə il əvvəl Rusiyanın Frunze Hərbi Akademiyasında təhsil alıb.
O vaxt Akopyanın Rusiyanın nüfuzlu ali məktəbində hansı statusla təhsil almasına Moskva tərəfindən aydınlıq gətirilməmişdi. Lakin Rusiya mətbuatı yazmışdı ki, o, Ermənistan pasportu ilə bu məktəbə daxil olub. Azərbaycanla Rusiya arasında diplomatik qalmaqala səbəb olmamaq üçün belə formal əsaslandırma tapılıb.
İndi isə Qarabağ separatçılarının liderinin Rusiyanın onlara birbaşa hərbi dəstəyi haqda danışması Kremlin keçmiş sovet respublikalarındakı qondarma “respublikalar”a dair siyasəti kontekstində nəzərdən keçirilməlidir. Bəli, Rusiya təkcə Qarabağ separatçılarına deyil, digər keçmiş sovet respublikalarındakı tanınmamış “respublikalara” da birbaşa hərbi dəstək verir. Kremldə - Rusiya Prezidenti Administrasiyasında isə bu “respublikalar”la iş üzrə ayrıca kurator var.
O ayrı məsələdir ki, Rusiyanın KTMT çərçivəsində Ermənistana ucuz qiymətə, yaxud havayı verdiyi silahların da xeyli hissəsi məhz Qarabağda, işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilir.
Digər tərəfdən, qondarma rejimin rəhbərinin etirafı Rusiyadan birbaşa hərbi dəstəyin olduğunu da təsdiq edir. Hətta belə qənaət formalaşıb ki, Qarabağdakı erməni silahlı qüvvələri əmrləri də birbaşa Rusiyadan - Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk Qrupunun üç həmsədrinin birindən alır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam