Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Energetika naziri Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini ilə görüşüb

 

25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki ilə görüşüb. 

 Yenixeber.org: Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib


Görüşdə iki ölkə arasında iyirmi ildən artıq bir müddəti əhatə edən enerji əməkdaşlığının Azərbaycan və Yaponiya əlaqələrinin inkişafında rolu yüksək qiymətləndirilib. Daisaku Hiraki Yaponiyanın İTOCHU və İNPEX şirkətlərinin nümunəsində Azərbaycanın neft-qaz sektorunda uğurlu əməkdaşlığın yeni layihə və imzalanmış sənədlərlə möhkəmləndiyini deyib. Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) ilə bağlı yeni sazişin imzalanması Yaponiyanın növbəti onilliklərdə Xəzər regionunda fəaliyyətinin davamlılığını təmin edən mühüm hadisədir.

Energetika naziri Yaponiyanın ölkəmizin enerji sektorunda uzunmüddətli fəaliyyət dairəsinin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. SOCAR ilə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumunun imzalanmasını bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib. Nazir həmçinin Azərbaycanın bərpa olunan enerji mənbələri ilə bağlı hədəfləri barədə məlumat verərək, bu sahədə Yaponiya ilə təcrübə mübadiləsinin vacibliyindən danışıb. Bildirilib ki, enerji sahəsində birgə əldə edilmiş nailiyyətlərin davamlı olması hər iki ölkə iqtisadiyyatına töhfə verəcəkdir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam