Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Rusiyanın Ukraynadan sonrakı hədəfi Azərbaycandır"

 

"Xeberinfo.com":   Məlumata görə, Saakaşvilinin iddiasına görə, Putinin planına əsasən tezliklə rus ordusu Azərbaycana da girəcək. Qeyd edək ki, bu Gürcüstanın eks–prezidenti Mixail Saakaşvilinin regionun gündəmini silkələyən növbəti bəyanatı deyil.

Təəccüblüsü ondadır ki, qonşu ölkənin “narıncı inqilablı” eks rəhbəri nə birinci, nə də ikinci dəfədir ki, bu cür çağırışlarla gündəmə gəlir. Bu onun 4 aydan bir səsləndirdiyi artıq 3–cü bəyanatıdır.

Məsələyə münasibət bildirən Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə Hafta.az-a açıqlamasında Saakaşvilinin dəli olduğunu deyib:

“Saakaşvili başdanxarabın biridir. Ağlı olsaydı öz dövlətinə, öz xalqına xidmət edərdi. O, Amerikaya xidmət göstərən bir adamdır. O, ilk olaraq gəlib xalqının qarşısında elədikləri üçün cavab versin. Sonra vaxt tapsa Azərbaycan haqqında danışar. Belələrinə siyasi provokator deyirlər”.

Araz Əlizadə qeyd edib ki, Rusiyanın Saakaşvilinin dediyi şəkildə bir planı olmağına inanmır:

“Rusiyanın Azərbaycana hücum etmək planı yoxdur. Bu cür bəyanat verməyə çalışanlar Rusiya ilə Azərbaycan arasında nifaq salmağa çalışırlar. Bu cür açıqlamalar verənlər isə bizim dostlarımız ola bilməz. Bunu Amerikanın casusları edir. Bunu Saakaşvili öz yanından demir. Onun ağzına salıb danışdıran var. O, deyəcəyi sözlərin hamısını amerikanlardan alır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam