Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-ın San Dieqo şəhərində mayın 28-i Azərbaycan Demokratik Respublikasının 100 illiyi günü elan edilib

 

 ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri mayın 28-ni Azərbaycan Demokratik Respublikasının 100 illiyi günü elan edib


Yenixeber.org: Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan  verilən məlumata görə, bununla bağlı San Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.

Sənəddə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara seçib-seçilmək hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Eyni zamanda ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Sənəddə həmçinin Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə San Dieqo şəhəri ilə son illərdə güclü əlaqələr qurduğu qeyd olunub.

Bəyannamənin sonunda mayın 28-nin San Dieqo şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyi günü elan edilib.

Qeyd edək ki, 1.4 milyon əhalisi və 206 milyard dollarlıq ümumi daxili məhsulu olan San Dieqo şəhəri Kaliforniyada ikinci, ABŞ-da isə səkkizinci ən böyük şəhərdir. San Dieqo şəhəri ilə Bakı şəhəri arasında rəsmi münasibətlər 2011-ci ildə qurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam