Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycanın baş konsulu: "ABŞ Prezidenti Vurdo Vilson vaxtilə Parisdə ADR diplomatlarına heyran qalmışdı"

 "ABŞ Prezidenti Vudro Vilsonun ADR diplomatları ilə görüşünü dəfələrlə xatırlaması onların Azərbaycan xalqının nümayəndələri kimi özləri haqqında necə müsbət təəssürat yaratdıqlarını göstərir"

Yenixeber.org: Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qələmə aldığı məqaləsində yazıb.

Baş konsul mayın 28-də Azərbaycan Demokrtatik Respublikasının - müsəlman dünyasında ilk demokratik ölkənin (1918-1920) və qadınlara seçkilərdə səs hüququ verilmiş (1919) ilk müsəlman ölkəsinin yaradılmasının 100 illiyinin qeyd olunacağını xatırladıb.

"1919-cu il mayın 28-də Azərbaycanın nümayəndə heyəti ABŞ Prezidenti Vudro Vilsonla görüşüb. Prezident azərbaycanlı diplomatlarla görüşdə onlara o qədər heyran qalıb ki, Birləşmiş Ştatlara qayıtdıqdan sonra 2019-cu ilin sentyabr ayında ABŞ-ın qərb və cənub ştatlarına səfəri zamanı etdiyi ictimai çıxışlarda bu görüşü dəfələrlə xatırladıb", - N.Ağayev deyib.

Baş konsulun sözlərinə görə, o, tarixi araşdıran zaman Vudro Vilsonun 1919-cu il sentyabrın 10-da Bismarkda (Şimali Dakota ştatı) çıxışı zamanı azərbaycanlı diplomatları xatırladığına rast gəlib.

"Məsələn, nəvaxtsa Azərbaycan haqqında eşitmisiniz? Azərbaycandan (Paris Sülh Konfransına - red.) gözəl görünüşlü bir qrup kişi gəlmişdi. Onlardan ölkələrinin harada yerləşdiyini soruşmağa cəsarət etmədim, sonra gizlicə onların harada yerləşdiyinə baxdım və Cənubi Qafqazda yerləşən, çiçəklənən bölgədə yaşadıqlarını, qədim və böyük sivilizasiyaya malik olduqlarını müəyyənləşdirdim. Bu insanların işləri barədə heç nə bilməsəm də, mənə nə dediklərini, onların nə danışdıqlarını bildiklərini anladım. Özü də onlar Amerikanın hansı dəyərlərdən yana çıxış etdiyini bilirdilər", - azərbaycanlı diplomat Vudro Vilsondan sitat gətirib.

Sentyabrın 18-də San-Fransiskodakı məşhur çıxışında isə ABŞ prezidenti ADR diplomatlarının azadlıq ideyaları kontekstində, ədalət anlayışları ilə bağlı onunla eyni dildə danışdığını məmnunluqla xatırladıb.

"Respublika gənc olduğundan Qərbin dövlət xadimləri və mediası üçün onun adını tələffüz etmək elə də asan deyildi. Buna görə də V.Vilsonun 1919-cu ildə nəşr olunmuş ictimai çıxışlarında ölkənin adı "Acurbaycan" formasında səslənib", - baş konsul yazır.

O qeyd edib ki, Prezident Vudro Vilsonla keçirilən, eləcə də digər görüşlər və Azərbaycan nümayəndə heyətinin Paris konfransındakı səyləri nəticəsində ABŞ və digər demokratik ölkələr 1920-ci ilin yanvar ayında de-fakto ADR-i tanıyıb.

"İlk Respublikamızın 100 illik yubileyini bu gün heç vaxt olmadığı qədər güclü olan və çiçəklənən, azad və müstəqil ölkə kimi qeyd etməyimizlə fəxr duyuruq. Əbədi azad və müstəqil ol, çoxlu-çoxlu yubileylər qeyd elə, Azərbaycan!", - N.Ağaev yazıb.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam