Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Azərbaycanda tutulan FETÖ-çünün məhkəməsi təxirə salınıb

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Mustafa Ceyhanın müdafiəsinə yeni vəkillərin - Elvin Səlimov və Tural Əmənovun qoşulduğu elan olunub. E.Səlimov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən işə qoşulub.

M.Ceyhan məhkəmədən bildiriş almağını və prosesin təxirə salınmasını istəyib.

Dövlət ittihamçısı qeyd edib ki, M.Ceyhanın həbs müddəti başa çatıb. O, Türkiyə vətəndaşının həbs müddətinin uzadılmasını istəyib. Bundan başqa, prokuror Azərbaycanın Dövlət Mirqarsiya Xidmətinə sorğu göndərilməsini istəyib.

Proses aprelin 20-dək təxirə salınıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilərək, barsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam