Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Suriyalı diplomat terrorçuların Qarabağa köçürülməsindən danışdı

Suriyalı diplomat terrorçuların Qarabağa köçürülməsindən danışdı
Suriyanın BMT-dəki daimi nümayəndəsi Cəfər əl Bəşəri Türkiyənin Afrində keçirdiyi əməliyyatlar nəticəsində terrorçuların Ermənistan tərəfindən işğal edilmiş Qarabağa köçürülməsi barədə sualı cavablandıırıb.
Yenixeber.org: Cəfər əl Bəşəri bildirib ki, onda bununla bağlı fakta əsaslanan məlumat yoxdur, lakin bu, beynəlxalq terror müharibəsinin bir hissəsidir. Diplomat hesab edir ki, terror yalnız Suriyaya deyil, bütün dünyaya qarşı yönəlib.

"Bu, yalnız Suriyaya qarşı deyil, bütün dünyaya qarşı bir addımdır. Terror qruplarınıSuriyaya göndərən dövlətlərə əvvəldən deyirdik ki, terror təşkilatları bir gün geri dönəcək. Biz bu barədə lap əvvəldən xəbərdarlıq etmişdik. Xəbərdarlıq etdiyimiz şey hazırda gerçək olur. Terrorçuların harada olmasından asılı olmayaraq, biz terror qruplaşmaları ilə mübarizədə həmrəylik göstərməliyik. Çünki onların olduğu hər yerdə təhdid var".

Cəfər əl Bəşəri vurğulayıb ki, Suriya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təhlükəsizlik qətnamələrinə uyğun şəkildə həll edilməsini dəstəkləyir.(azvision)

Eldar Tanrıverdiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam