Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Kür çayının səviyyəsi aşağı düşüb -FOTO

 

 

Bu da Salyan və Neftçala rayonlarında təsərrüfat sahiblərinin narahatlığına səbəb olub© Report

Yenixeber.org: Kür çayının səviyyəsi aşağı düşüb. Bu da Salyan və Neftçala rayonlarında təsərrüfat sahiblərinin narahatlığına səbəb olub.

“Report”un Aran bürosu xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsinə baxmayaraq, Kürün Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində suyunun səviyyəsi azalır.

Bu gün Salyanda Kürün səviyyəsi 10 sm, Neftçala rayonunda isə 3 sm aşağı düşüb. Ümumiyyətlə, bu ilin əvvəlindən indiyə kimi çayın aşağı axınında səviyyə 2 metrdən çox enib. Nəticədə hər iki rayonda çayın sahilində quraşdırılmış dayanıqlı su nasoslarının tam gücü ilə işləməsində çətinliklər yaranıb. Bu da mövsümlə əlaqədar suya tələbat artdığından təsərrüfat sahiblərinin ciddi narahatlığına səbəb olub.

Mütəxəssislər hesab edirlər ki, adətən, çaylarda sululuq dövrü mart ayından başlayıb may ayına kimi davam edir. Əgər Kür çayının səviyyəsi belə templə aşağı düşərsə, kənd təsərrüfatı bitkilərinin suvarılmasında ciddi çətinliklər yarana bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam