Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

2 prorektor işdən çıxarıldı

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir neçə vəzifəli şəxsi işdən azad olunub.

"Xeberinfo.com": Əldə etdiyimiz məlumatda bildirilir ki,rektor Fərəh Əliyevanın əmrinə əsasən, Maral Manafova elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsindən, Həmid Məhərrəmov isə inzibati təsərrüfat işləri üzrə prorektor vəzifəsindən çıxarılıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti muzeyinin direktoru və universitetin kulturologiya kafedrasının müdiri İlqar Hüseynov, rejissor sənəti fakültəsinin dekanı Xaləddin Sofiyev və kadrlar şöbəsinin müdiri Sədaqət Əlixanova da tutduqları vəzifələrdən azad olunublar.

Adıçəkilən şəxslər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyətlərini davam etdirəcəklər.

Vakant qalan yerlərə hələlik yeni təyinatlar olmayıb.

Qeyd edək ki, Fərəh Əliyeva bu il mayın 2-dən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam