Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Həmsədrlər Sarkisyanı Bakı görüşü barədə məlumatlandırdı

 

Həmsədrlər Sarkisyanı Bakı görüşü barədə məlumatlandırdı

İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Yenixeber.org: Erməni KİV-ləri  xəbər verir ki, həmsədrlər Bakıda keçirdikləri görüşlər barədə Ermənistan prezidentini məlumatlandırıb.

Görüş iştirakçıları tərəflərin münaqişənin dinc yolla həllinə hesablanan danışıqlar prosesinə sadiqliyinin vacibliyini, həmçinin Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlər zamanı əldə olunan razılaşmalara əməl olunmasının əhəmiyyətini vurğulayıblar. 

Həmsədrlər, eyni zamanda Sarkisyana iş planlarını təqdim ediblər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədr İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Bakı səfərindən sonra İrəvana yollanıblar. Həmsədrlər Bakıda prezident İlham Əliyevlə görüş keçiriblər.

Eldar Tanrıverdiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam