Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Sovetski”ni tərk edənlərin son sözü

 

«Adam kişi olar, heç olmasa, bir gün»

Burda müharibə getmir, ancaq müharibə kimi həyat yaşanır

   "Xeberinfo.com": Yox, yox, bu fotolar nə Suriya, Iraq, nə Qəzza, nə də Ukraynadandır... Bura Azərbaycandır, paytaxt Bakının “Sovetski” məhəlləsidir... Onu Bəşər Əsədin Suriyada, IŞID-in Iraqda, Israilin Qəzzada, Rusiyanın Ukraynada törətdiyi kimi top-tüfənglə yox, Azərbaycan hakimiyyətinin evyıxma qoşunu - ekskavatorlar, buldozerlərlə bu hala salıblar. 

“Sovetski”yə artıq təcavüz edildi, bu reallıqdır, onu durduracaq güc yoxdur... Təkcə torpağına-daşına yox, insanlarına da hücum edildi. Onları doğma yurddan süngü ilə xarici qəsbkarlar qovmadı, dədə-baba torpaqlarını tərk etməyə “özününkülər” məcbur etdi; əslində isə səssiz sürgün baş verdi... 

Burda müharibə getmir, ancaq müharibə kimi həyat yaşanır... Burda “uf” demədən uçurulan evlər, viran qoyulan yurd-yuva insanlığa, cəmiyyətə qarşı zorun, sayğısızlığın aşkar nümayişidir... 

Bir sözlə, insanları qarşıda gözləyən yeni həyat qeyri-müəyyəndir, narahatedicidir... Axı, qoynundaÿdoğulub göz açdığın yeri tərk etmək, təkcə ruhunun qida yerini yox, ümumiyyətlə, evinin-ailənin çörəyini, ruzi-bərəkətini qoyub getmək deməkdir. 

“Sovetski” camaatı yurdunu könülsüz tərk edir, buna məcburdur... Onlar bacardığını etdi, etirazını bildirdi; ancaq fərman çoxdan verilib: bu yurd icması ilə birlikdə yox edilməlidir! Bəs, nədən hakimiyyət bu yurdu yenidən qurub, insanına elə oradaca şərait yaratmaq istəmədi?! Çünki bu icma öz mentaliteti, mədəniyyəti, tarixi, əsli-kökü ilə ona yaddır, özgədir, ondan deyil... 

Bu icmanın didərgin salınması onun üzərində sonuncu və həlledici qələbədir: öncə siyasi, sonra iqtisadi zərbəyə tuş gələn bir toplumun sonda fiziki məğlubiyyəti... Indi tam məğlub edilmiş bu icma mülkiyyət hüququndan da məhrum edilir, torpaqları ələ keçirilir. 

Lakin “Sovetski”nin mənəvi nüfuzu həmişə yaşayacaq, hakimiyyətin komfortunu hər zaman pozacaq. Elə doğma yurdu tərk edənlərin öz evlərinin divarları üzərində yazdıqları etiraz şüarları da onların həm son sözü, həm də xəbərdarlığı kimi tarixə həkk olunacaq. 

Həmin şüarlarla tanış olaq: “Allah hamıdan ucadır”, “Axirəti unutma”, “Allah, ac gözləri doydur”, “Sizin əməlləriniz özünüzə xoş gələr, Allaha yox”, “Kəfənin cibi yoxdur”, “Əzrayıl pul götürməz, can götürər”, “Kişi ol, heç olmasa, bir gün”... 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam