Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Amerikanın İŞİD-lə müharibəsi – yalandır!"

 

"Xeberinfo.com":  Xarici KİV-in yaydığı məlumata görə, Suriyanın Rusiyadakı səfiri Riad Haddad bəyan edib ki, ABŞ başda olmaqla, koalisiya «İraq və Levant İslam dövləti» ilə mübarizədə effektli deyil (İnterfaks.ru).

«Biz görürük ki, terrorçuların məhv edilməsində koalisiya effektli deyil. Əgər kiçik bir müqayisə aparsaq, görərik ki, bir il bundan əvvəl – koalisiya fəaliyyətə başlayarkən İŞİD Suriya və İraqın kiçik bir hissəsinə nəzarət edirdi. İndi isə bir illik fəaliyyətdən sonra, İŞİD yeni əraziləri zəbt edib. Bu da ABŞ-ın İŞİD-lə döyüşdüyünə yox, ona kömək etdiyinə ən böyük sübütdur» – deyə, suriyalı diplomat əlavə edib.

Onun sözlərinə görə, əldə «ABŞ-ın İŞİD-ə kömək etdiyini təsdiqləyən» sənədlər var:«Amerika İŞİD-i yaradıb və bu təşkilata dəstək və köməyin bütün formalarını göstərir. Koalisiya və onun İŞİD-lə müharibəsi – yalandır! Amerika İŞİD vasitəsilə döyüşür, bu təşkilat ABŞ-ın əlində bir alətdir».

Diplomat əlavə edib ki, «Damaskla antiişid koalisiyası arasında qarşılıqlı razılaşdırılmış fəaliyyət» yoxdur: «Eyni zamanda, bizim Rusiya və İranla əməkdaşlığımız var və bu əməkdaşlıq effektlidir. Əməkdaşlıq davam edir və Suriyada terrorçuluğun kökü kəsilənə qədər davam edəcək».

Haddad bəyan edib ki, Suiyadakı müharibə dünyadakı ən çirkli müharibədir: «Bu müharibə sözün gerçək mənasında, həm də informasiya müharibəsi, təhlükəsizlik xidmətləri arasında gedən müharibə, iqtisadi və mədəni müharibədir. Bütün bu kompleks, dövlət olaraq Suriyanı məhv etməyə və onu bir neçə ayrıca əraziyə bölməyə yönəlib. Onlara Suriya kimi güclü dövlət və bizim liderimiz kimi güclü lider lazım deyil».

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam