Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Onkologiya Mərkəzində xəstədən 5 min manat istəyiblər

aslanismayilov-enyeniXeberinfo.com:   Milli ‪Onkologiya Mərkəzi (MOM) ilə bağlı onlarla müraciət edənlərdən Saleh Hüseynov öz səmimiliyi, həyat yoldaşına etibarlılığı və mübarizliyi ilə diqqətimi cəlb etdiyindən onunla olan söhbətimi təxminən olduğu kimi diqqətinizə çatdırıram:

S.Hüseynovun həyat yoldaşı Məmmədova Fatma Əsəd qızının 2012-ci ildən yüksək təzyiqi və şiddətli ağrıları başlamışdır. Uzun müddət Bakıda müalicə etmək məqsədi ilə dəfələrlə Diaqnostika Mərkəzinə (bu günkü nazir Oqtay Şirəliyev uzun müddət burada Baş həkim olmuşdur), Neftçilər xəstəxanasına müraciət etsələr də həkimlər heç bir xəstəliyin olmadığını bildirmişlər. Həkim biganəliyindən və müayinələrin bahalığından həyat yoldaşını 2014-cü ildə İranın Təbriz və Tehran şəhərlərinə aparmışdır. İlk müayinədən həyat yoldaşında ağır formada xərçəng xəstəliyi aşkar edilmişdir. Bakıya qayıtdıqdan sonra əməliyyat olunmaq üçün MOM-a müraciət etmiş, həkim-cərrah Fuad Quliyev ondan əməliyyat üçün 5000 manat istəmişdir. İmkansızlıqdan İrana getməyə məcbur olmuşlar. 16 iyun 2014-cü ildə Tehran şəhərində həyat yoldaşı sağ böyrəyində xərçəng hüceyrələrinin olduğundan böyrək kəsilərək götürülmüşdür. Bakıya qayıtdığı ilk günlərdən həyat yoldaşının onkoloji xəstə kimi MOM-da qeydiyyata alınmasını xahiş etsə də, ancaq çoxsaylı şikayətlərindən sonra 1 may 2015-ci ildə istəyinə nail olmuşdur.

Bu, bir il ərzində MOM-da uroloq işləyən Ömər adlı həkim dəfələrlə “qeydiyyata almağa nə ehtiyac var, gedin gününüzü sayın” demişdir. Hətta, bir dəfə xəstə F.Məmmədova həkimə “bu Allahın işidir, bilmək olmaz kim tez öləcək” demişdir. S.Hüseynov maddi çətinliyindən həyat yoldaşının imtiyazlı qruplara daxil olan xəstə kimi pulsuz dərman preparatları ilə təmin olunmasını xahiş etmişdir. Bu məqsədlə dəfələrlə MOM-a, Bakı Şəhər Baş Səhiyyə İdarəsinə, Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə yazılı və şifahi müraciətlər etsə də heç nəyə nail ola bilməmiş və buna görə də BMT, cürbəcür ölkələrin səfirliklərinə vətəndaşlıqdan çıxmaq barədə müraciətlər belə etmişdir. Dəfələrlə Səhiyyə Nazirliyi onu pulsuz dərman preparatları ilə təmin etmək üçün MOM-un baş həkimi Azad Kərimlinin qəbuluna göndərsə də bir ampula belə dərman ala bilməmişdir. İki dəfə Səhiyyə Nazirliyindən Nurəddin adlı şəxs qəbul etmiş və “MOM-a bata bilmirik” deyə yola salmışdır. Bundan başqa S.Hüseynov bildirdi ki, xərçəng xəstələri üçün dərman preparatları İranda Azərbaycandan 30-50 dəfə ucuzdur. MRT müayinəsi Neftçilər Xəstəxanasında 90-100 manat olduğu təqdirdə Milli Onkologiya Mərkəzində 170-180 manatdır. Bəla da ondadır ki, MOM kənarda keçirilmiş müayinələri qəbul etməyib, məhz onlarda keçirilməsini tələb edir. Dərman preparatlarının da ancaq onların apteklərindən alınmasını tələb edir. Yazının uzun olmaması üçün bildirirəm, S.Hüseynovun dediklərindən bəlli olur ki, MOM qapısından girdikdən çıxana kimi ancaq nəfəs almaq pulsuzdur, qalan hər şeyə görə ödəmə etmək lazımdır.

Bilərəkdən sadəcə faktların bir hissəsini sadaladım, S.Məmmədovun emosionallığını təsəvvür etmək üçün bildirim ki, o, hal hazırda təqaüdçüdür, 68 yaşı var. Xəstə yoldaşı 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının 14.03.2016-cı il rəyinə əsasən 1 qrup əlildir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bu müddət ərzində müalicə və müayinələr üçün evini satıb, dəfələrlə banklardan kredit götürüb və bu gün də iki banka borcludur.

P.S. Saleh Hüseynov Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova ünvanladığım şikayət arizəsi üzrə hər dəqiqə şahid olmağa hazırdır.

P.P.S. Milli Onkologiya Mərkəzində müalicə alan şəxslərdən oradakı korrupsiya faktları ilə baş prokurora ƏRİZƏ ilə müraciət etmələrini xahiş edirəm.

Yazı hüquqşünas Aslan İsmayılovun facebook səhifəsindən götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam