Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Laçında yeni qəsəbə salır

 

   Azərbaycanın işğal edilmiş torpaqlarının erməniləşdirilməsi prosesi bu günümüzə qədər həyata keçirilməkdə davam edir və işğal edilmiş ərazilərimizdə süni məskunlaşdırma prosesi sürətləndirib. 

 

    “Xeberinfo.com: Məlumata görə, işğal olunmuş torpaqlarımızda, Azərbaycan xalqının tarixi keçmişinə məxsus dini, mədəni və tarixi abidələrimiz ermənilər tərəfindən saxtalaşdırlaraq bu torpaqların guya onlara aid olmasını dünya ictimaiyyətinə sübut etməyə çalışırlar. Ermənilər tərəfindən Azərbaycan (türk) toponimləri dəyişdirilib uydurma erməni adları ilə əvəz edilir və bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunur.

  İraqdan, Suriyadan və başqa ölkələrdən gəlmiş erməni ailələri işğal edilmiş yaşayış yerlərində, həmçinin Laçın rayonunda yerləşdirilir. Erməni diasporu da bu işə yardımlarını əsirgəmir. Laçının Zabux və Cağazur kəndlərində də ermənilər quruculuq, abadlıq işləri aparırlar. Belə ki, Laçın rayonu işğal edildiyi zaman tamamilə məhv edilmiş Zabux kəndi ərazisində yeni qəsəbə salınır və adı dəyişdirlərək Aqavno qoyulubdur. Zabux kəndi Gorus rayonu ilə həmsərhəd kənddir və Xankəndi ilə Gorus rayonunu birləşdirən maqistral avtomobil yolu bu kəndin içərisindən keçir. Qəsəbədə tikiləcək evlər günəş batareyaları ilə qızdırılacaq. Zabuxda yaşamaları üçün yerləşdirilən ailələrə əlavə olaraq yardım da veriləcək. 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam