Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

2018-də yeni müharibə ocaqları...- Politoloq

 2018-də yeni müharibə ocaqları...

 

 

Səudiyyə Ərəbistanı və İran arasında olan məzhəb məsələsindən istifadə edərək ABŞ Yaxın Şərq layihəsini həyata keçirmək üçün əlindən gələni edəcək

 

 

    Yenixeber.org:  Bu sözləri  açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, ərəb dövlətlərindən heç biri öz maraqlarından geri çəkilmək niyyətində deyil:

“İranın Qüds məsələsində İsrail və ABŞ qarşısında itirəcəyi heç nə yoxdur. Çünki İran bu ölkələrlə heç bir diplomatik əlaqələrə sahib deyil. Ona görə də İran Qüds məsələsində çox canfəşanlıq edir. Onun əsas marağı HƏMAS-a yeni silahlar verməkdir”.

Politoloq qeyd edib ki, ərəb dünyasında baş verən proseslərin gedişi növbəti il üçün nikbinliyə əsas vermir:

“Səudiyyə Ərəbistanı və İran arasında olan konflikt daim davam edib və edəcək. Çünki bu iki dövlət arasında məzhəb, yəni ideoloji-siyasi ixtilaf var. 2018-ci ildə əsas proqnoz ondan ibarətdir ki, ərəb dünyasında müharibələr davam edəcək, İŞİD və digər qruplaşmalar yalnız adlarını dəyişəcəklər, mahiyyət isə qalacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam