Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

RATİ-nin hüquqşünası və təşkilata ofisi icarəyə verən şəxs dindirilib

 

 

   "Xeberinfo.com": Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova və təşkilatın icarəyə götürdüyü ofisin sahibi Şərqiyyə Hüseynova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Günay İsmayılova 3 saatdan artıq dindirilib. O, bildirib ki, ona çağırış vərəqi göndərilməyib, müstəntiq şahid qismində dindirilməsi üçün dəvət edildiyini bildirib. G.İsmayılovanın dindirilməsində vəkil Yalçın İmanov iştirak edib.

Dindirmə bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işilə bağlı aparılıb. Hər iki şəxsdən istintaq sirrini yaymamaq haqda iltizam alınıb.

Prokurorluq G.İsmayılovaya istintaqın icazəsi olmadan xaricə getməyin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, qanunvericiliyə əsasən şahid istintaqı ölkədən getməsi və hansı müddətə getməsi barədə yalnız məlumatlandırır.

Ş.Hüseynova isə bildirib ki, onu sadəcə dəvət ediblər: “Mən evimi qanuna uyğun olaraq icarəyə vermişəm. Müqaviləm var və vergi öhdəliyimi vaxtında yerinə yetirmişəm. İndi evimin qapılarını istintaq orqanı möhürləyib. Səbəbi mənə bəlli deyil. Evimi icarəyə verməklə ailəmi dolandırıram”.

Qeyd edək ki, avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb. RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb.

Avqustun 10-da  prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib.

Xatırladaq ki, bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam