Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xədicə İsmayılovaya cinayət işi açıldı

 

 

 

      Casus qalmaqalı hüquq müstəvisinə çəkildi; Jurnalist Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdi; ABŞ səfirliyi də işə qarışdı və bəyanat yaydı; dövlət sirrini yaymaqla bağlı iddia təsdiqlənərsə, “Azadlıq Radiosu”nun əməkdaşını hansı cəza gözləyir? 

    "xeberinfo.com": Fevralın 18-də araşdrımaçı jurnalist, “Azadlıq Radiosu”nun əməkdaşı Xədicə İsmayılova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət olunub. Jurnalist “Amerikanın səsi”nə bildirib ki, Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi zəng edərək facebook sosial şəbəkəsində sənəd yaydığı üçün onu istintaqa dəvət edib. Fakt üzrə Cinayət Məcəlləsinin 284-cü (Dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. 

 
  Xədicə İsmayılovaya çağırış vərəqi göndərilmədiyi üçün prokurorluğa getməyib və çağırış vərəqi tələb edib.  Jurnalist facebook səhifəsində prokurorluğa çağırılması ilə bağlı yazıb: “Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən birinci dərəcəli hüquqşünas Sənan Paşayevin imzası ilə çağırış vərəqəsi gəldi. Saat 16-00-da Azadlıq prospekti 22-də olmağımı istəyirlər. 
 
 
Ardınca müstəntiq zəng eləyib. Dedim ki, indi çatdıra bilmərəm. Vəkillə müqavilə bağlamalıyam, efirə çıxmalıyam. Hətta bütün bu işlər həll olmuş olsaydı belə, fiziki olaraq, gəlib ora çatmağım mümkün deyil. Sabaha vaxt təyin edin, gəlim.  Müstəntiq məni hədələməyə başladı. Vəkillərlə danışdım. Dedilər ki, buna hüquqları yoxdur”.
 
Sonradan isə X.İsmayılova statusuna bu sözləri əlavə edib: “Saat 18:30-a keçirdilər. Gedəcəyəm görüm nə istəyirlər? İndi vəkillə danışacam”.
Bundan əvvəl isə X.İsmayılova məsələ ilə bağlı belə bir status yazmışdı: “Baş Prokurorluqdan zəng elədilər. Cinayət işi açıblar. İki məsələ məni xeyli əyləndirdi:
1. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284). Müstəntiq deyir, sənəd yaymışam facebookda. Soruşdum, belə çıxır, siz təsdiqləyirsiz ki, o sənəd həqiqidir və dövlət sirri kəsb edir? Dedi, bu barədə söhbət edərik. 
2. Məni şahid qismində dəvət eləyirlər. Dedim, rəsmən çağırış vərəqəsi göndərin. Dedilər, ünvanı deyin. Dedim, sizə çoxlu şikayət yazmışam özümə qarşı cinayətlərin Bakı Şəhər Prokurorluğunda araşdırılmaması ilə bağlı. Ünvanım var sizdə. Xoşuna gəlmədi. Dedi, niyə belə aqressivsiz? Dedim, əsla aqressiv deyiləm. Bir halda ki, vaxtınız çoxdu, boş-boş işlərlə məşğul olursuz, onda bu işi də görün, bir zəhmət. Mobil telefonumu bilirlər, ünvanımı bilmirlər".
Baş Prokurorluq Xədicə İsmayılovanın yaydığı sənədlə bağlı məsələyə belə münasibət bildirib: “Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi facebook səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirri təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib”.  Bu cümlələr Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova məxsusdur.
*  *  *  *
X.İsmayılova “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, onu dindirməyə şahid qismində dəvət ediblər. 
Hadisələrin sonrakı inkişafına gəlincə, X.İsmayılova iki variant ehtimal edib: “Ya vaxtımı almaq və fəaliyyət imkanlarımı məhdudlaşdırmaq, ya da həbs etmək istəyirlər. Mənim hazır olmadığım variant yoxdur”.
Xatırladaq ki, X.İsmayılova facebook səhifəsində MTN adından ona göndərilmiş bir sənəd forması yayıb. Sənəd forması MTN-in xidməti fəaliyyəti üzrə hazırlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam