Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

Emin Hüseynov hardadır?

 

 

   "Xeberinfo.com": Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) mühasibi Tatyana Kryuçkina iki saat yarım ərzində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib.

Tatyana Kryuçkina “Turan”a bildirib ki, dindirmə tanışlıq xarakteri daşıyıb. İlkin olaraq Maliyyə Nazirliyinin eksperti və müstəntiq bir neçə sual verib. “Əsas dindirmə ya bu gün, ya da sabah olacaq. Müstəntiq dedi ki, yenidən dəvət edəcəklər”, o qeyd edib.

 “Mehman Hüseynovun durumu yaxşıdır, bir-iki günə işinə qayıdacaq” – bunu RATİ-nin hüquqşünası Günay İsmayılova bildirib. Onun sözlərinə görə, Mehmanla iki gün öncə əlaqə saxlayıb və o, hər şeyin qaydasında olduğunu söyləyib. RATİ rəhbəri Emin Hüseynova gəlincə, əməkdaş hələ ki, ondan xəbər-ətər olmadığını bildirib: “Hətta qardaşı Mehman Hüseynov belə onun harada olduğundan xəbərsizdir. O da nə olduğunu bizdən soruşur”.

Bəzi media orqanlarında Emin və Mehman Hüseynov qardaşlarının indi də İsveçrə səfirliyində gizləndiyi haqda məlumatlar yayılıb. Deyilənlərə görə, Hüseynovlar avqustun 19-u gecə saatlarında ABŞ səfirliyindən çıxarılaq İsveçrə səfirliyinə aparılıb.

İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Eybişer (Pascal Aebischer) bu cür xəbərlərə münasibət bildirməkdən imtina edib.

Publika.az-ın sorğusuna səfir “biz bu məsələyə şərh vermirik” şəklində cavab verib.

Qeyd edəki ki, avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox video kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb. RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb.

Avqustun 11-da isə prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib. Bununla da təşkilatın fəaliyyəti faktiki olaraq dayanıb. RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu məlum deyil.

Avqustun 14-də RATİ-nin sədr müavini Günay İsmayılova  Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Onu da xatırladaq ki, bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT-lərin və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam