Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

RATİ-nin daha bir əməkdaşını ölkədən çıxmağa qoymadılar

 

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova ölkədən buraxılmayıb.

  "Xeberinfo.com": Bu barədə AzadlıqRadiosuna məlumat verən Günay İsmayılova deyir ki, sentyabrın 2-də Gürcüstana getmək üçün Bakı hava limanına gedib: «ATƏT-in iki günlük seminarına qatılmalıydım. Özü də şahid kimi dindirildiyim istintaqa bununla bağlı xəbər vermişdim. Onlar da demişdilər ki, problem yoxdur, get, qayıt, amma aeroportda sərhəd xidmətində məni buraxmadılar».

Günay İsmayılovanın sözlərinə görə, ölkədən çıxmasına qadağanı Baş Prokurorluq qoyub: «Bu, qanunsuz göstərişdir. Ona görə də prokurorluğu məhkəməyə verəcəm».

Bundan əvvəl isə RATİ-nin digər əməkdaşı Əbülfət Namazovun ölkədən çıxmasına icazə verilməyib.

Bu ilin avqustunda hüquq-mühafizə orqanları RATİ-nin ofisinin qapılarına möhür vurublar. İndilik institut işini dayandırıb. Bundan sonra qurumun rəhbəri Emin və qardaşı Mehman Hüseynovlarla əlaqə kəsilib, onların harada olduğu məlum deyil.

RATİ-nin əməkdaşları isə istintaqa şahid qismində cəlb olunublar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam