Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Bir qadın sevmədiyi işə gedir...

Bir qadın sevmədiyi işə gedir...

 

 

 

 

Gülməyən məmləkətim

İnsan doğulur, zaman keçir... Mənəviyyatı güclü olan da, sözünün kəsəri olmayan da məhv olub gedir. Zaman keçdikcə gülümsəməyi unudan bir toplumun içində tapırıq özümüzü...

Deyəcəksiz ki, bu dünya aqilləri heç incidə bilməyib. Tarixən də həmişə ziyalıları, insan qalmağı bacaranları güllələyiblər, məhv ediblər, yox ediblər. Bir fərq var ki, onlar axına düşüb bacarıqsız, qorxaq ömür sürənlərdən daha xoşbəxt olublar.

İndi isə ümumilikdə, dövrümüzdə heç kim xoşbəxt deyil. Görəsən, nə üçün?

Axına düşən də, düşməyən də özünü tapa bilmir. Nəticədə də istedadı üzə çıxmayan bir aktyor, dərc oluna bilməyən bir şair, kitab üzünə həsrət qalan bir yazar, sərgisini keçirə bilməyən bir rəssam, kirayələrdə ev-ev sürünən bir tərcüməçi...

Səhərləri durmadan fəhləlik edən, evinə qayıdanda yorğun ayaqlarını sürüyüb metro qatarına atılan, insan yığını içində təkliyini uyduran. ürəyində məşhur müəlliflərin əsərlərindən monoloq deyən bir adam düşünün.

Axşamlar evinə daşıdığı arzularını övladlarına, bir də ondan ömür boyu narazı qalan arvadına yedirən, çirkli əllərindən sehr uman, bir gün kinoya çəkiləcəyini xəyal edən, əslində xəyallarından imtina edib bu günlə yaşayan bəsit bir adam düşünün... - aktyor olmaq istəyir.

Aktyor olsa, nə olacaqdı ki! Ömrünü teatra həsr edən 4-cü rollar ifaçısı - ta qocalana qədər baş rol gözləyən “qəhrəman”. Banka ödəyəcəyi kreditlərin əlindən teatrda gecələyən, yatarkən şah geyimini üstünə örtüb səhər nökər oyanan aktyor, indi baxın, kim kimin xəyalıdır?

Rəssam kimi kiçik dərgilərə şəkil çəkən, qonarar gözləməkdən günlərcə aç qalan, emalatxanasını kirayə verib tablolarını dəyər-dəyməzinə satıb kəndə babasının tikdiyi komaya qayıdan rəssam...

Fərq etmir. Arzunun puç olması bir məna daşıyır. Arzusu puç olan insanlar da bir cür kədərlənir.
Bu hələ məsləyi, istedadı olanlardı...

Bir qadın sevmədiyi işə gedir, övladların qayğısı saçlarını ağardır... Heç gözəl geyinmir, qocalığa əyilir.

Zamanın axını onu ümidsiz edib, bu günün dərdini sabaha çəkə-çəkə yaşayır. Sonra da bir qoca, bir gənc, bir uşaq - hər kəsin özünün dərdinə sığınmış üzü - böyük bir toplum yaradır.

“Avtobus dayanacağındakı üzü gülməyən insanlara daha çox rastlaşırıq” statusunu paylaşıb yoluna düzələn gənc... O, ağıllı görsənmək istəyi ilə bu yüzlərlə yazılmış, işlənmiş statusu Feyzbuk səhifəsində yazdıqdan sonra özünü kiçik uğurların qəhrəmanı kimi hiss etdi; özünü aldadıb gülümsündü!

...Reallıq budur – yerli-yersiz gülməyi öyrənən gəncliyimiz, elektronlaşan uşaqlarımız, susan qocalarımız var.
Görəsən, nəyə görə dünyanın hər yerindən xoşbəxt görünən məmləkətim sevinə bilmir?

Düşünən və düşünmədən yaşayan, hər iki halda məhvə gedən insanlıq... İnsanlığın elə özünün yaratdığı bu qalmaqallar özünün yaşamağına mane olur. Bütün bu uğursuzluğun içində hansı gözəl hisslərdən, ürək genişliyindən, gözəllikdən danışmaq olar?

“Mən yaşamaq istəyirəm, heç bir çətinliksiz, öz yolum ilə” deyə bilmir insan. Onun öhdəlikləri, qayğıları, himayəsində olan doğmaları ona bu sözü deməyə imkan tanımır... Nəticə də göz önündə - bü dünyada ən xoşbəxtlər ya dəlilərdi, ya da özünü aldadıb yaşayanlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam