Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan məni məhv edərək, hərəkatı da yox edəcəyini düşünür -Fətullah Gülən

Ərdoğan məni məhv edərək, hərəkatı da yox edəcəyini düşünür 
"Ərdoğan məni məhv edə bilərsə, hərəkatdakı hər kəsin öhdəsindən gələcəyini düşünür, ancaq bu belə deyil. Bu hərəkat Tanrıya bağlı bir sevgi və fədakarlıq hərəkatıdır. Bizdən sonra da insanlar gözəl işlərini görməyə davam edəcəklər."

Yenixeber.org:  Məlumata görə, bunu nurçuların ABŞ-da yaşayan lideri Fətullah Gülən bildirib.

O, Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ərəfəsində ABŞ-ın NPR radiosuna müsahibə verib.

Minlərlə insanın onu ziyarət etmək üçün ABŞ-a gəldiyini deyən Gülən bu insanlar arasında Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq xarici işlər və baş naziri Əhməd Davudoğlunun da olduğunu bildirib: "Minlərlə insan buranı ziyarət etmək üçün gəlib. Ziyarət edənlər arasında 50 millət vəkili ilə yanaşı, Abdullah Gül və Əhməd Davudoğlu da olub. Bu səbəblə bir çox insan məni tanıya bilər, ancaq mən onları tanımıram."

2016-cı il 15 iyul hərbi çevriliş cəhdi ilə əlaqəsi olmadığını bir daha təkrarlayan Gülən Türkiyədə milyonlarla dəstəkçisinin olduğunu söyləyib: "Türkiyənin gələcəyi mövzusunda ümidsizəm. Ancaq bəzi şeylər məni bir az da olsun, ümidləndirir." 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam