Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Sabaha olan hava proqnozu –Leysan, qar yağacaq, temperatur 4-6° enəcək

Noyabrın 7-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

 Yenixeber.org: ETSN-dən verilən məlumata görə, havanın temperaturu gecə 9-13° isti, gündüz  16-19° isti, Bakıda gecə  10-12° isti, gündüz  17-19° isti olacağı gözlənilir.

 Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 75-85 %, gündüz 55-65 % olacaq.  Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz  17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz  9-14° isti olacağı gözlənilir.

 Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 8-i qərb rayonlarından başlayaraq 10-u axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam