Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Uber” və NASA uçan taksi layihəsi üzərində birgə işləyəcək

 

 

 

 

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) və “Uber Technologies Inc.” kompaniyası elektriklə işləyən uçan taksi layihəsini müştərək hazırlamaq barədə saziş imzalayıblar

 

 

Yenixeber.org:  “Uber” şəhər şəraitində yeni hərəkət modelinin sınaqlarının 2020-ci ildə başlayacağını bildirib. “UberAir” servisinin fəaliyyətə başlayacağı ilk şəhər Los-Anceles olacaq. Bir qədər sonra isə Dallas da servisə qoşulacaq.

“Uber” kompaniyasının məhsullar üzrə baş direktoru Ceff Holdenin sözlərinə görə, şəhər əhalisi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan taksilərdən aktiv istifadə edə biləcək.

Layihəni dəstəkləyəcəyini bildirən Los-Ancelesin meri Erik Qarsetti bu şəhərin “yeni texnologiyalar üçün ideal poliqon” olduğunu qeyd edib.

“Embraer”, “Bell Helicopter”, “Pipistrel”, “Aurora Flight Sciences” və “Mooney Aviation” kompaniyaları layihə üçün texnika və pilot təqdim edəcəklər. “Uber” isə yerüstü daşımalarda olduğu kimi, sərnişinlərə sifariş etmək imkanı verən proqramla məşğul olacaq.

Layihədə alçaq hündürlükdə hərəkət edən vertikal uçuş və eniş aparatlarından istifadə olunması nəzərdə tutulur. Sonradan “Uber” pilotsuz uçuş aparatlarına keçməyi planlaşdırır ki, bu da tarifləri ucuzlaşdırmağa imkan verəcək.

 

Kompaniya, həmçinin NASA ilə birlikdə insan əməyi olmadan yeni hava hərəkətinin idarəsi sistemini hazırlayacaq.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam