Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

İnterpol hələ də Hüseyn Abdullayevi axtarır

 

“Almaniyadan sığınacaq alsam da, İnterpol axtarışlarımı dayandırmır”


 "Xeberinfo.com": Milli Məclisin keçmiş üzvü Azərbaycan hökumətinin beynəlxalq qurumlar vasitəsilə təhdidlərini davam etdirdiyini deyir

“Almaniyadan siyasi sığınacaq alsam da, Azərbaycan hökumətinin tələbinə əsasən İnterpoll xətti ilə axtarışıma son verilməyib. Almaniyadakı vəkillərimin 8 aydan çoxdur İnterpolun Lionda yerləşən baş ofisi ilə yazışmalarına baxmayaraq, axtarışlar dayandırılmır”. 

Məlumata görə, bu sözləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin keçmiş üzvü Hüseyn Abdullayev deyib.

İyulun 29-da NATO  Əməkdaşlıq İnstitutu Hüseyn Abdullayevin təqib edilməsi ilə bağlı Ağ Ev başda olmaqla dünyanın bir neçə aparıcı qurumuna müraciət edib.

Bu haqda NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Facebook sosial şəbəkəsində status yayıb. F. Məmmədov Azərbaycandan köçüb Avropa ölkələrində siyasi sığınacaq alan bir sıra şəxslərin təhlükəsizlikləri ilə bağlı ciddi problem olduğuna diqqət çəkib: “NATO Əməkdaşlıq İnstitutunu narahat edən məsələlərdən biri bu gün Azərbaycandakı dictator rejimin Avropada siyasi sığınacaq alan ictimai fəal insanları təhdid və şantaj etmək məqsədi ilə beynəlxalq institutların imkanlarından qanunsuz istifadə etməsidir. Qərara gəlmişik ki, bu məsələ ilə bağlı bilgilərimizi dünya birliyinə çatdıraq. Almaniyadan siyasi sığınacaq alan keçmiş Milli Məclis üzvü Hüseyn Abdullayevlə bağlı təqiblər əldə etdiyimiz faktlardan biridir. Prosesin bu şəkildə davam etməsi beynəlxalq institutların nüfuzuna ağır zərbə vurmaqdadır. Belə hallara yol verilməməsi üçün BMT-yə, Ağ Evə, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, “Freedom House” təşkilatına, Avropa Parlamentinə, Avropa Komissiyasına müraciətlər etmişik”.

Fərrux Məmmədov onu da bildirib ki, məsələ haqqında dünyanın aparıcı media quruluşlarından olan  CNN, BBC, EuroNews, ABC, “Washington Post”, “New York Times”, “Spigel”, “The Guardian”dan problemi işıqlandırmaları xahiş olunub. 

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Hüseyn Abdullayev  Azərbaycan hakimiyyətinin ona qarşı irəli sürdüyü vergidənyayınma ittihamını absurd sayır: “Azərbaycan hakimiyyətinin ittihamları əsassızdır. Gerçəkliyi, Azərbaycan hakimiyyətinin saxta ittihamlarla məni şantaj etməsini, böhtan atmasını üzə çıxarmaq üçün dünyanın aparıcı beynəlxalq institutlarına, eləcə də insan haqları qurumlarına çatdırılmasına ehtiyac var. Bu məsələni gündəmdə saxlayan bütün şəxslərə təşəkkür edirəm”.

Hüseyn Abdullayev onu da bildirib ki, iyulun 31-də vəkilləri vasitəsilə Almaniya Daxili İşlər Nazirliyinə, Bundestaqa müraciət edəcək:“Mən Almaniyadan sığınacaq almışam. Təhlükəsizliyim Almaniya dövlətinin təminatı altındadır. Hesab edirəm ki, həyatım və təhlükəsizliyim üçün üzləşdiyim problem haqqında Almaniya dövlətinin xəbərdar edilməsinə ehtiyac var. Əminəm ki, dünyanın ən demokratik və sivil dövlətləri sırasında öncüllərdən olan Almaniya təhlükəsizliyim üçün vacib olan bütün addımları atacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam