Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NDU-da alman dilində təlim kursu keçirilib

 

 "Xeberinfo.com": Naxçıvan Dövlət Universitetində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə alman dilində keçirilən təlim kursu “Almaniyanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti” mövzusuna həsr olunmuşdu.

Təlim kursunda universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxışında, muxtar respublika rəhbərliyinin qayğısı və dəstəyi ilə təşkil olunan təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialı, yerli mütəxəssis hazırlığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətindən bəhs edərək, Almaniyanın təhsil imkanları haqqında da məlumat verib. Naxçıvan Dövlət Universitetində dünya təhsil sisteminə inteqrasiya, ali təhsil sahəsində ümumavropa təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində mühüm işlər görüldüyünü bildirən prorektor, bu təlim kursunda universitetin alman dili ixtisası üzrə müəllim və tələbələrinin iştirak etməsini onların peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynadığını nəzərə çatdırıb.

Təlimçi Almaniya Universitetinin professoru, alman dili üzrə mütəxəssis, xanım Annett Volff təlimin gedişi zamanı mövzu barədə mühazirələr edib, dərs dediyi universitet haqqında ətraflı məlumat verib və slaydlar təqdim olunub. Təlim kursunda həmçinin,  interaktiv metodlardan istifadə etməklə dilin tədrisi, sürətli və səlis danışıq, dilin qrammatik quruluşunun tədrisində müasir üsullardan bəhs olunub.

Qeyd edək ki, keçirilən təlim kursunda  Naxçıvan Dövlət Universitetinin alman dili ixtisası üzrə müəllim və tələbələri iştirak ediblər. 7 gün davam edən treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 


 

Mina Qasımova

 

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam