Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ümumi təhsil kurikulumunun əsasları” mövzusunda təlim

Naxçıvan Dövlət Universitetində Ali məktəblərdə “Ümumi təhsil kurikulumunun əsasları” mövzusunda təlimkursu başlanıb.

   "Xeberinfo.com": Naxçıvan Dövlət Universitetində  Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Mədəd Azərbaycan MMC”-nin  birgə təşkilatçılığı ilə, Ali məktəblərdə “Ümumi təhsil kurikulumunun əsasları” mövzusuna həsr olunan təlim kursuna start verilib.

 

Təlimin açılış mərasimində NDU-nun tədris işləri üzrə prorektru, dosentSeyid Suremuxtar respublika rəhbərliyinin qayğısı və dəstəyi ilə təşkil olunan təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialı, yerli mütəxəssis hazırlığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Prorektor bildirib ki, regionun 3 ali təhsil müəssisəsinin - Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Özəl Universitetin və Naxçıvan Müəllimlər İnstitutununprofessor, müəllim heyətinin bu təlim kurslarında iştirak etməsi onların təhsildə müasir məsələlərlə bağlı peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır.

Təlimçi, Azərbaycan Müəllimlər İnstitutunda “Əlavə təhsilə xidmət edən kabinet”in müdiri Xuraman Nağızadə təlim kursu haqqında məlumat verərək bildirib ki, Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına yönəlmişdir. Xuraman Nağızadə bildirib ki, “Ümumi təhsil kurikulumunun əsasları” mövzusuna həsr olunan təlimin keçirilməsində əsas məqsəd ilkin müəllim hazırlığı üçün,  mövcud “Kurikulumun əsasları” fənninin tədrisi istiqamətində kadrların hazırlanmasıdır.

Qeyd edək ki, 24 günlük təlim kursuna NDU ev sahibliyi edir və sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

 

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam