Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Azərbaycan müdafiə nazirini aldadıblar

 

Zakir Həsənovun açılışını etdiyi yaşayış binaları boşdur

 

 "Xeberinfo.com": İyun ayının 23-ündə müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbçilər üçün tikilmiş iki doqquzmərtəbəli binanın açılışında iştirak edib və bir qrup hərbçiyə verilən mənzillərin açarını təqdim edib. 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin həmin vaxt verdiyi məlumata görə 1 bloklu 40 mənzilli və 2 bloklu 70 mənzilli binalarda nazirliyin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidməti mənzillərlə təmin olunublar. Həmçinin o da deyilirdi ki, yaşayış binalarına su, elektrik xətti çəkilib, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, mənzillər mətbəx və digər avadanlıqlarla, mebellerlə təmin olunub.
Bu günlərdə mənzil alan hərbçilərdən biri redaksiyamızla əlaqə yaradaraq mənzillərin verilməsinin və şəraitin heç də xəbərlərdə göstərildiyi kimi olmadığını deyib. Adının anonim qalmasını xahiş edən zabitin sözlərinə görə,   nazirin təqdim etdiyi və gəzdiyi mənzil sırf göstəriş üçün hazırlanıb, digər mənzillərdə həmin şərait olmayıb, mənzillərin heç birinə mətbəx avadanlıqları və mebellər qoyulmayıb. 
"Binalar ictimaiyyətə təqdim olunduğu kimi yaşayış üçün hazır deyil, hətta evlərin çoxunda işıq, su, elektrik enerjisi yoxdur. Açılış olanda hardansa elektrik çəkdilər, sonra elektrik yoxa çıxdı. Hərbçilər orada yaşamaq üçün məcbur olub yarımçıq qalmış təmiri özləri başa çatdırırlar. Evlərə mebel qoymaq istəmirlər. Ən əsası bilinmir ki, mənzillər nə zaman yaşayış üçün hazır olacaq." 
Zabit onu da dedi ki, mənzil bölgüsü də düzgün aparılmayıb, illərdir orduda xidmət edən, zəhməti olan amma kirayələrdə yaşayan hərbçilərin xeylisi kənarda qalıb, bir neçə il müddətdən artıq hərbi xidmət etmiş şəxslərə evlər verilib. 
"Elə zabitlər var ki, ailəlidir, kirayələrdə yaşayır, amma ona ev verilməyib. Biz belə olacağını düşünmürdük, orduda canını qoymuş adamlara qarşı bu rəftar ədalətsizlikdir."
Hərbçinin müraciətindən sonra Səbail rayonunda yerləşən həmin binalara biz də baxmaq qərarına gəldik. Binaların içinə girə bilməsək də, nəinki yaxından, hətta xeyli uzaqdan onların hazır olmadığını və çox az sayda insanın yaşadığını anlamaq olardı. Keçən ay istifadə verilən həmin iki doqquzmərtəbənin isə müxtəlif  bloklarında yalnız birinci və ikinci mərtəbələrdəki bir neçə evin pəncərələrinə pərdə vurulmuşdu, qalanları tamamilə boş idi. Binaların həyətində isə kimsə gözə dəymirdi. 
Yaxınlıqda yaşayan sakinlərdən birinin dediyinə görə bu binaları açılış başlayandan bu yana elə boş görüblər. Şahin adlı bir gənc deyir ki, hərdən darvazadan hərbi geyimli şəxslərin oturduğu maşınlar çıxır: "Bilirik ki, burada hərbçilər yaşayır, amma deyəsən onları ya köçürtməyiblər, ya da köçürdəcəklər. Ola bilsin evləri tam tikib qurtarmayıblar"-deyə o boş evləri göstərdi.
Belə görünür ki, "açılışı" baş tutmuş bu binalara hərbçilərin köçməsinə hələ xeyli var. Hər halda bir ay keçməsinə baxmayaraq hər iki binada barmaqla sayılacaq qədər az mənzildə yaşayışın olması belə düşünməyə əsas verir.  
Musavat.com
Araz 
  • Azərbaycan müdafiə nazirini aldadıblar - Fotofakt   <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir263/img1606952.jpg' target='_blank'>Yüklə</a>
  • Azərbaycan müdafiə nazirini aldadıblar - Fotofakt   <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir263/img1606953.jpg' target='_blank'>Yüklə</a>
  • Azərbaycan müdafiə nazirini aldadıblar - Fotofakt   <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir263/img1606954.jpg' target='_blank'>Yüklə</a>
  • Azərbaycan müdafiə nazirini aldadıblar - Fotofakt   <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir263/img1606955.jpg' target='_blank'>Yüklə</a>

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam