Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Zakir Həsənov xarici ölkələrdəki hərbi attaşelərlə görüşüb


 

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələri ilə görüşüb.

Xeberinfo.com:   Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naziri görüş iştirakçıları qarşısında geniş məruzə ilə çıxış edib. Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində orduda bütün istiqamətlər üzrə aparılan islahatların əhəmiyyətindən danışıb.

Cəbhə xəttindəki son vəziyyətdən danışan müdafiə naziri Silahlı Qüvvələrin təşkilat-ştat strukturunun təkmilləşdirilməsinin, ordunun müasir silah-sursat, zirehli texnika və döyüş vasitələri ilə təchiz edilməsinin, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə yeni poliqonların istifadəyə verilməsinin və müxtəlif qoşun növlərinin cəlb olunması ilə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, xidməti və daimi mənzillərin istifadəyə verildiyini vurğulayaraq bu sahədə görüləcək işlər və digər tədbirləri hərbi attaşelərin diqqətinə çatdırıb.

Həyata keçirilən xidməti fəaliyyətlərə, o cümlədən xarici hərbi prioritetlərimizə dair geniş məruzənin sonunda general-polkovnik Z.Həsənov şəxsi heyət qarşısında duran məqsəd və tapşırıqları müəyyən edib, qarşıya konkret vəzifələr qoyub və tövsiyələrini verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam