Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində düşmən ordusu itki verib.

Yenixeber.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 11:50-də Dağlıq Qarabağın şərqində döyüş mövqeyində mina partlaması nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ayk Xaçatryan ölüb.

8 ayın əsgəri olan Xaçatryan Şirak vilayətinin Qusanaqyuğ icmasından orduya çağırılıb.