Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“3 ton heroin Azərbaycandan keçib”

 

Gürcüstanın Vergi Xidməti düzəliş verdi

 Gürcüstanın Vergi Xidməti bu ölkənin sərhədində tutulan 3 ton heroinlə bağlı açıqlamasında səhvə yol verildiyini və səhvin aradan qaldırıldığını bildirir.

"Xeberinfo.com" gürcü qaynaqlarına istinadən xəbər verir ki, Vergi Xidməti 3 ton heroinin Gürcüstana Ermənistandan keçirildiyinə dair iyulun 11-də yaydığı press-relizin mətnində tərcümə səhvinə yol verildiyini açıqlayıb.

Belə ki, press-relizin gürcü dilindəki variantında narkotikin Gürcüstana Azərbaycandan keçirildiyi göstərilib. İngilis dilinə tərcümədə isə texniki səhvə yol verilib və narkotikin Ermənistandan keçirildiyi yazılıb.

Vergi Xidməti səhvin aradan qaldırıldığını və 3 ton heroinin Gürcüstana Azərbaycandan daxil olduğunu bildirir.

Xatırladaq ki, virtualaz.org saytı Gürcüstanın Vergi Xidmətinin narkotikin Ermənistandan keçirildiyinə dair açıqlamasını xidmətin rəsmi saytında iyulun 11-də yayılmış ingilis dilində press-relizə istinadən xəbər vermişdi. 

Bundan əvvəl Gürcüstanın daxili işlər naziri Aleksandr Çkeidze keçirdiyi mətbuat konfransında narkotikin əfqan mənşəli olduğunu, İran və Azərbaycandan keçərək Gürcüstana daxil olduğunu açıqlamışdı.

Aleksandr Çkeidze demişdi ki, Azərbaycan tərəfinin “əməliyyat tədbirləri çərçivəsində” bu narkotikdən xəbəri olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam