Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstan polisinin şok doğuran əməliyyatı

Gürcüstanın keçirdiyi əməliyyat Azərbaycan hakimiyyətinin zirvəsində müzakirələrə səbəb olub

  "Xeberinfo.com":Azərbaycan hakimiyyəti Gürcüstan Daxili Işlər Nazirliyinin (DIN) “heroin əməliyyatı” ilə bağlı hələki susur. Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan DIN-i Azərbaycandan gələrək Türkiyə istiqamətində hərəkət edən yük maşınından 2 ton 790 kiloqram maye heroin aşkar edib. “Mal” 93 ədəd 30 litrlik maye sabun çəlləklərində qablaşdırılıb. Olayla bağlı iki nəfər Gürcüstan vətəndaşı həbs edilib.

“Bu həcmdə narkotik vasitənin götürülməsi  Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80 faiz təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır”, - deyə Gürcüstan DIN-i bəyan edib.

Bu hadisə beynəlxalq mediada da geniş işıqlandırılıb və hələ də 3 tona yaxın heroinin Azərbaycandan necə keçirildiyi gündəmin mövzusudur.
Lakin Azərbaycanın müvafiq qurumları bu barədə danışmaq istəmir. Dövlət Sərhəd Xidməti mətbuat xidmətinin rəhbəri  Elxan Nağıyev Turan-a bildirib ki, onlarda bu barədə məlumat yoxdur. “Eyni zamanda  Gürcüstan  hüquq- mühafizə orqanları  bizə  müraciət etməyiblər”, - deyə o, əlavə edib.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Ictimaiyyətlə Əlaqələr Mərkəzindən məsələ ilə bağlı Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə zəng etməyi məsləhət görüblər.

DIN,  Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi də bir- birinə “ötür-ötür əməliyyatı” edərək bütün dünyanın hadisəyə şərh verməkdən yayınıblar.
Gürcüstanın baş naziri Irakli Qaribaşvili isə dünən  hökumətin iclasında bu əməliyyata görə bu ölkənin DIN-ini təbrik edib. “Çikaidzenin (daxili işlər naziri nəzərdə tutulur) nazirliyi böyük həcmdə narkotik ələ keçirib. Bu cür böyük miqdarda heroini indiyədək nəinki bizim ölkədə, heç qonşu ölkələrdə ələ keçirməmişdilər. Mən bu uğur münasibətilə sizi təbrik edirəm. Bu, bizim ölkənin narkotiklərə qarşı ciddi mübarizə aparmaq iradəsini bir daha əks etdirir” - deyə Qaribaşvili bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam