Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müxalifətçi deputat cəzalandırılıb

 

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) CHP-lı millət vəkili Hüseyn Aygünün avtomobili və maaşı müsadirə edilib. 
 
"Xeberinfo.com": Məlumata görə, Aygün keçən il TBMM-nin iclasından öncə polisləri təhqir edib. Təhqir olunan polis məmuru Çətin Çələbi məhkəməyə müraciət edərək şikayətçi olub. 
Hakim Aygünə 5 min lirəlik məhkəmə xərclərinin ödənməsi qərarını çıxarıb. Məhkəmə xərclərini 7 gün içində ödəməyən deputatın maşını və maaşı müsadirə edilib. 
31 yanvar 2013-cü ildə millət vəkli Mahmud Tanal getdiyi bir məhkəmədə başına gələnləri danışaraq məhkəmənin mülki geyimli polislərlə dolduğunu deyib. Digər millət vəkili isə "Polis olduqlarını necə anladını?" deyib. 
Elə bu vaxt Aygün "Mülki geyimli polis olduqları üzlərindən bilinir. Çünki insandan çox əşyaya bənzəyirlər" deyib. 
Sözlərinin fərqli başa düşülməsindən sonya jurnalistlərə açıqlama verən Aygün "Eşşək demədim, əşya dedim. Eşşək ən azından bir işə yarayır" deyib. 
Qeyd edək ki, Hüseyn Aygün bir neçə gün öncə iftar vaxtı rakı içməsiylə gündəmə gəlmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam