Ermənilər daha bir azərbaycanlını əsir götürdüyünü açıqladı
Azərbaycan Müdafiə Nazirliyi öncə erməni KİV-nin verdiyi bütün məlumatları təkzib etmişdi.
"Xeberinfo.com":Ermənistan tərəfi bu gün günorta saatlarında erməni silahlı qüvvələrinin daha bir “azərbaycanlı təxribatçı”nı tərk-silah etdiyini iddia edib.
Məlumata görə, oxu.az Armlur.am-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Azərbaycandan Kəlbəcər ərazisinə keçmiş təxribatçını silah tətbiq etmədən “saxlayıblar”.

Erməni KİV-in məlumatına görə, onlar Kəlbəcər ərazisinə naməlum məqsədlə daxil olmuş təxribatçını mühasirəyə alaraq, ona silah tətbiq etməyə ehtiyac qalmayacaq qədər yaxınlaşaraq tərk-silah ediblər.
“Beləliklə də bu, hərbçilərin nəzarəti altına aldığı ikinci azərbaycanlıdır. Üçüncü təxribatçı isə Kəlbəcər-Vardanis avtomobil yolunda məhv edilib” - erməni KİV yazır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərdə Azərbaycan təxribatçıları barədə verilən bütün erməni KİV-in məlumatlarını təkzib edib. Bəyan edib ki, Quliyev Şahbaz Cəlal oğlu Azərbaycan Milli Ordusunda xidmət edir.
Qeyd edək ki, ermənilərin təqdim etdiyi fotoda göstərilən kişinin iyul ayında tutulduğu iddia edilsə də, nədənsə o, qış gödəkçəsindədir. Onun yanında duran ermənilər də heç də yay geyimində deyillər.