Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müdafiə nazirliyindən təkzib

 

Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin Azərbaycan tərəfinin Türkiyə istehsalı olan raketlərdən istifadəsinə dair məlumatların dezinformasiya olduğunu bildirir.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında müxtəlif dövlətlərdən əldə edilmiş yüksək dəqiqliyə və güclü dağıdıcı qüvvəyə malik, o cümlədən 122, 160, 300 millimetr və bunlardan daha artıq kalibrli çox sayda yaylım atəşli reaktiv sistemləri var: “Biz dövlətlərarası sazişlərə əsasən, dünyanın müxtəlif ölkələrindən istifadəsi qadağa olunmayan və məhdudiyyətlərin qoyulmadığı müasir texnika və silahları alaraq ordumuzu təmin etməklə gücləndirməyi gizlətmirik.

Erməni tərəfinin yaydığı fotolarda əks etdirilən guya Türkiyə istehsalı olan TR 107 tipli raketlər Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında ümumiyyətlə yoxdur və bu səbəbdən də onların tətbiqi qeyri-mümkündür.

Ordumuz Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirməyə və təxribatlara əl atmağa cəhd göstərərsə, hər an işğalçını susdurmaq məqsədilə gücünü nümayiş etdirməklə istənilən silah-sursatı tətbiq etmək səlahiyyətindədir və bunun üçün hansısa xüsusi icazənin alınmasına ehtiyac yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam