Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Prezidentinin dəbdəbəli sarayı:1100 otaq və 9 milyon dollarlıq xalçalar (FOTOLAR)

Türkiyə Prezidentinin dəbdəbəli sarayı:

Osmanlı sarayını xatırladan iqamətgah 3 ilə tikilib

Yenixeber.org:  Türkiyədə konstitusiya dəyişikliyini nəzərdə tutan referendumdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri daha da artıb.

 “Daily Mail”ə istinadən xəbərə görə, referendumdan sonra britaniyalı jurnalistlər Rəcəb Tayyib Ərdoğanın böyük iqamətgahı haqda yeni təfərrüatlar əldə ediblər.

Türkiyənin paytaxtı Ankarada yerləşən “Ağ Saray” rezidensiyası 1100 otaqdan ibarətdir və onun 250-si Rəcəb Tayyib Ərdoğan və onun ailəsinin istifadəsinə verilib.

Jurnalistlərin məlumatına görə, “Ağ Saray” son 100 ildə dünyada tikilmiş ən möhtəşəm saraydı. Onun sahəsi Ağ evdən təxminən 50 dəfə böyükdür. Sarayın tikintisinə 600 milyon dollardan çox vəsait xərclənib. İqamətgahda olan yalnız xalçaların qiyməti 9 milyon dollara bərabərdir. 3 metr hündürlükdə 400 cüt ikiqatlı qapılar 6,2 milyon dollara başa gəlib.

Binanın isidilməsinə hər mövsüm 620 min dollar xərclənir.

Qeyd edək ki, saray 3 ilə tikilib. Tikinti 2014-cü ildə başa çatıb. Ağ Saray ekoloji təmiz sahədə tikilib, bunun üçün yüzlərlə ağac kəsilib.

      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam