Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sudanda yeni doğulmuş körpəyə Ərdoğan adı verdilər

Sudanda yeni doğulmuş körpəyə Ərdoğan adı verdilər

 

 

Sudanın paytaxtı Hartumda doğulan körpəyə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın adı verilib

 

Yenixeber.org: 36 yaşlı Əhməd Musa yeni doğulan körpəsinə Rəcəb Tayyib Ərdoğan adını verib.

Hadisə ilə bağlı Sudanın xarici və daxili işlər nazirlikləri mətbuata açıqlama verərək ölkədə prezident R.T.Ərdoğana duyulan dərin hörmət və sevgini nümayiş etdiriblər.

36 yaşlı Əhməd Musa prezident Ərdoğanın Sudana səfərindən böyük xoşbəxtlik hissi duyduğunu bildirib. O bildirib ki, Ərdoğan, onun üçün müsəlmanların lideri, məzlum və köməksizlərə əl tutan, onları müdafiə edən şəxsiyyətdir.

O həm də qeyd edib ki, prezidenti Sudanda görmək istəsə də, bu görüş baş tutmayıb:

"Mən arzu edirəm ki, oğlum Rəcəb Tayyib Ərdoğan böyüyəndə mütləq Türkiyəyə gedib prezident Ərdoğanla görüşsün".

Xatırladaq ki, prezident Ərdoğan, 2017-ci ilin dekabr ayında Sudana üç günlük səfər etmiş və iki ölkə arasında 21 müqavilə imzalanmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam