Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlqar Məmmədov Milli Şuranın hədəfində:Emin Hüseynov aranı qatır

 

İlqar Məmmədov Milli Şuranın hədəfində: Emin Hüseynov aranı qatır

AXCP ilə REAL hərəkatı arasında davam edən qalmaqala Milli Şura üzvləri də qoşulub. Sözsüz ki, Əli Kərimlinin müdafiəçiləri qismində çıxış edən MŞ-nın bir ovuc tərəfdarı sosial şəbəkələrdə İlqar Məmmədovu hədəf seçiblər.

Yenixeber.org: Milli Şuranın koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev hesab edir ki, İ.Məmmədovun sosial şəbəkələrdə keçirilən virtual seçkidə Əli Kərimliyə qalib gəlməsi cəbhəçiləri qıcıqlandırıb.

E.Quliyev iki qurum arasında davam edən qalmaqalla bağlı AzVision.az-a açıqlamasında deyib: “Əgər obyektiv və tam səmimi olsaq, belə yarışlarda Əli Kərimli birinci yerdə olmalı idi. Kiminsə vasitəsi ilə və ya texniki səbəblərdən bunun baş verdiyini deyə bilmirəm. Amma bu cür olmağı cəbhəçilərin acığına gəldi. Ona görə də sosial şəbəkələrdə sərt mövqe bildiriblər. Bu isə qarşı tərəfdən etikadan kənar fikirlərin və söyüşlərin bildirilməsi kimi qəbul edildi”. 

E.Quliyev hesab edir ki, belə “seçki”lər lazımsız və vaxt aparan şdir: “Belə praymerizlərin keçirilməsini klas-klas oynayan uşaqların sevinci və ya kədərinə bənzədirəm. Hesab edirəm ki, lazımsız və vaxt aparan işdir. Əli Kərimlinin İlqar Məmmədova uduzması düşünülmüş bədxahlıqdır. Milli Şura mitinqlər keçirir, fəaliyyət göstərir. Amma ReAl sadəcə virtual fəaliyyət göstərir. Ona görə də Əli Kərimli “liderdir””.



E.Quliyev praymerizmi keçirən Emin Hüseynovu müxalifət daxilində qarşıdurma yaratmaqda günahlandırıb: “Emin Hüseynovun keçirdiyi praymerizə birmənalı yanaşmaq olmaz. Bu hal müxalifəti bir-birinə qarşı qoyur. Deyilənə görə, onun 500 səs məsələsində əli olub. Özü deyir ki, texniki qüsur olub. Əgər belədirsə, dərhal düzəltsin. Biz o zaman biləcəyik ki, bu adam obyektivdir. Yəni, subyektiv şübhələrdən qurtulaq. 

Ümumilikdə isə müxalifət daxilində çox kövrək münasibətlər var. Bu müxalifət “liderləri”nin öz keyfiyyətləridən, xüsusiyyətlərindən irəli gələn məsələlərdir. Müxalifət daxilində birincilk uğrunda mübarizə gedir. Bizim ən böyük səhvimiz budur. Biz yalnız öz daxilimizdə birinci olmaq üçün mübarizə aparırıq”, - E.Quliyev vurğulayıb. 

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam