Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əli Kərimli Prokurorluğa çağırıldı

eli3min

AXCP sədri Əli Kərimli aprelin 21-i, saat 10.30-a Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb.

Yenixeber.org:  Bu barədə özünün Facebook səhifəsində yazıb. AXCP sədri bildirib ki, bu çağırış siyasi sifarişdir.

“Yadınızdadır, biz “Talana, korrupsiyaya, monarxiyaya yox!” tələbilə mitinq təşkil edəndə YAP-ın sözçülərindən olan Siyavuş Novruzov hüquq-mühafizə orqanlarına bir təlimat vermişdi ki, Əli Kərimlinin özünü korrupsiya işinə cəlb etmək lazımdır. Bizi şərləmişdi ki, guya AXCP rəhbərliyi partiyanın üzvü olmayan şəxslərə üzvlük vəsiqələri verib. Sonra da hüquq-mühafizə orqanlarına çağırış etmişdi ki, bu işi araşdırsınlar. Biz təbii ki, bu açıqlamanı ciddiyə almamışdıq. Çünki mən və ətrafım yüzdə-yüz təmiz olmasaydıq bu korrupsioner rejimlə açıq mübarizədə bu qədər davam gətirə bilməzdik. Bizim hər addımımız izlənilir, böyür-başımızda bunların xəfiyyələri dolaşır. Bizim tək bir qanunsuz hərəkətimiz olsaydı, çoxdan ifşa edilәrdi.

Bir daha və tam məsuliyyətlə bildirirəm ki, AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib. Tam əksinə, bizim əvəzimizə sənədlər, o cümlədən mənim imzamı saxtalaşdıraraq sənədlər verilib və partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar”.

Əli Kərimli həmçinin, bildirib ki, müavini Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanovu da həmin iş üzrə prokurorluğa çağırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam