Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Füzuli rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar görüşünü keçirtdi


 

              Hər bir müraciət diqqət mərkəzindədir”

 

 

"Xeberinfo.com": Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vaxtaşırı olaraq vətəndaşlarla görüşür, onların təklif və problemlərini həll edir. Növbəti səyyar qəbul-görüş rayonun Aşağı Yağlıvənd kəndində keçirilmişdir. Səyyar qəbul-görüşdə Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar xanım Muradova, rayonun idarə, müəssisə və hüquq mühafizə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışan Alı Alıyev qeyd etmişdir ki, müraciətlərə diqqətlə  yanaşılması, şikayətlərin yaranmasına səbəb olan nöqsanların təhlili, narahatlıq doğuran amillərin  müəyyənləşdirilməsi  və onların  aradan qaldırılması qarşıda duran əsas vəzifələrdən biridir.

Alı Alıyev bildirmişdir ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.  

Rayon İcra Hakimiyyətinin başçısı son vaxtlar gənclərin  və  yeniyetmələrin  hərbi  vətənpərvərlik  tərbiyəsinə rayonda ciddi  diqqət  yetirilməsinin  ölkədə  aparılan  siyasi  işlərlə  ahəngdarlıq təşkil etdiyini vurğulamışdır. Qeyd etmişdir ki,  son aylar ərzində rayondan 1000-ə yaxın gənc  sərhəd  qoşunlarında, daxili qoşunlarda, milli ordu sıralarında xidmətə yollanmış, həqiqi hərbi xidmətə getmiş, polis orqanlarında işə qəbul olunmuşlar. 30 nəfərə yaxın gənc isə ali hərbi  məktəblərə  və hərbi liseyə göndərilmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova səyyar qəbulda çıxış etmişdir.

Görüşdə kənd sakinlərinin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Kənd sakinləri tərəfindən uşaq bağçasının inşası, işıq, su təchizatı, daxili yolların təmiri ilə bağlı qaldırılan təkliflər İcra Başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Görüş zamanı çıxış edənlər ərazidə aparılan abadlıq quruculuq işlərindən, məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən danışmış, öz razılıqlarını bildirmişlər.

 

 


       

 

 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam