Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Füzuli RİH başçısı növbəti səyyar görüşünü keçirib

 

 

"Xeberinfo.com": Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Bütün bunlar rayon İcra Hakimiyətinin başçısı Alı Alıyevin bu gün Arayatılı kəndində keçirdiyi növbəti səyyar qəbul-görüşdə bildirilmişdir. Görüşdə rayonun idarə müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Səyyar qəbulda çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.

Qeyd etmişdir ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.

Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda birmənalı olaraq diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.   

 Bildirmişdir ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilmişdir. Kənd sakinləri tərəfindən qaldırılan ev bərpası, iş, artezian vurulması və digər məsələlər İcra başçısının göstərişi ilə yerindəcə həll edilmiş, başqaları isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

         Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildirmişlər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, gələcəkdə görülməsi nəzərdə tutulmuş işlər barədə məlumat vermişdir.

 

Səyyar qəbul-görüşdə Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov iştirak etmişdir.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam