Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Hər bir müraciət diqqət mərkəzindədir

 

 

 "xeberinfo.com":Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir.

 Bütün bunlar Üçüncü Zobucuq qəsəbəsində rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələrinin rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi növbəti səyyar qəbul-görüşdə bir daha vurğulanmışdır.  

Ümumilikdə 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci Zobucuq qəsəbə sakinlərinin iştirak etdiyi görüşdə çıxış edən Alı Alıyev bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, problemlərini həll etmək barədə tapşırıqları rayonda birmənalı olaraq diqqət mərkəzində saxlanılır.

Alı Alıyev vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətdən, əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq və abadlıq işlərindən bəhs etmişdir.

Görüşdə qəsəbə sakinlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Qaldırılmış məsələlərin əksəriyyəti İcra Başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Görüş zamanı çıxış edənlər ərazidə aparılan abadlıq quruculuq işlərindən, məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən danışmış, öz razılıqlarını bildirmişlər.

 

 Alı Alıyev qəsəbə sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam