Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alı Alıyevin növbəti səyyar görüşü Alıxanlıda oldu

 

 

Füzuli RİH başçısı Alı Alıyev: "Hər bir müraciət diqqət mərkəzindədir"

 

"Xeberinfo.com": Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbulu Alıxanlı kəndində keçirilmişdir.

Görüşdə rayonun idarə, müəssisə və hüququ mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.

Alı Alıyev qeyd etmişdir ki, prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Füzuli rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanılır.  

 Sonra kənd sakinlərinin müraciətləri dinlənilmişdir. Kənd sakinlərinin içməli və suvarma suyu, işıq, qaz və torpaqla bağlı təklif və müraciətləri dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

         Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildirmişlər.

 

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, Alıxanlı kəndində işğal dövrü yandırılmış və dağıdılmış evlərin bərpası, torpaq islahatı və digər məsələlər barədə aidiyyati qurumlara konkret tapşırıqlar vermişdir. 

 


       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam