Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Problemlər həll olunur

 

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon sakinləri ilə növbəti görüşünü keçirib.

 

 

  "xeberinfo.com": Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vaxtaşırı olaraq vətəndaşlarla görüşür, onların təklif və problemlərini həll edir.

  Bütün bunlar Füzuli rayon İcra Hakimiyyətində Horadiz şəhər sakinləri ilə keçirilən görüş-qəbulda bir daha vurğulanmışdır.   

  Görüş zamanı çıxış edən Alı Alıyev bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, problemlərini həll etmək barədə tapşırıqları rayonda birmənalı olaraq diqqət mərkəzində saxlanılır.

Vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlardan danışan Alı Alıyev qeyd etmişdir ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.

Görüş zamanı Horadiz şəhər sakinlərin müraciətləri dinlənilmiş, vətəndaşlar tərəfindən qaldırılan məslələr rayon İcra Başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

         Görüş zamanı çıxış edənlər şəhərdə aparılan abadlıq quruculuq işlərindən, məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən danışmış, öz razılıqlarını bildirmişlər.

Vətəndaşların mənzil tikintisi, işıq, su və işlə təmin olunma ilə bağlı müraciətləri nəzarətə götürülmüş, aidiyyati tapşırıqlar verilmişdir.

 

Sonda qeyd olunmuşdur ki, Horadiz şəhər sakinlərinə diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam