Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Səfirin nəşi Rusiyaya yola salındı –Moskvada Çavuşoğlu qarşılayacaq

 

Dünən Ankarada qətlə yetirilən səfir Andrey Karlovun nəşi Türkiyənin Esenboğa hava limanından Rusiyaya yola salınıb.

Xeberinfo.com:   Yolasalma mərasimində Karlovun xanımı Marina Karlova, ailə üzvləri, həmçinin Türkiyə hökumətinin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Türkiyə xarici işlər nazirinin müavini Almet Yıldız nazir Mövlud Çavuşoğlunun Moskvada olduğunu və nəşi qarşılayacağını bildirib.

«Elçiyə zaval olmaz. Ölkələrini təmsil edən səfirlər toxunulmazdır. Bu, hüquqda da əksini tapıb. Bu işə terrorun bulaşması anlaşılmazdır», deyə nazir müavini deyib.

Rusiyanın Türkiyədəki səfirliyindən bildiriblər ki, məlum olaydan sonra diplomatik missiya təhlükəsizlik tədbirlərini gücləndirib. Səfirliyin fəaliyyətini dayandırması ilə bağlı isə hər hansı qərar yoxdur.

Qeyd edək ki, səfirin qətlindən sonra Türkiyədəki ABŞ və İran səfirliyi faəliyyətini müvəqqəti dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam