Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dollar “qara bazar”a necə yol tapır? -VİDEO

 

загружено

Son günlər bəzi bankların dollar satışını tamamilə dayandırması, bəzi bankların isə limit müəyyənləşdirməsi “qara bazar”ı yenidən aktivləşdirib.

Xeberinfo.com:   APA TV-nin xəbərinə görə, banklardan dollar ala bilməyən vətəndaşlar “qara bazar”a üz tutmalı olurlar.

“Qara bazar”ın geniş vüsət alması Milli Məclisdə deputatların da ciddi narazılığı ilə qarşılanıb. Millət vəkili Yevda Abramov “qara bazar”a qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacib saydığını bildirib: “Süni müdaxilələr var. Mən bunu metronun “28 may”, “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında və Quba bazarında görmüşəm. Xüsusi maşınların yük hissələrində kütləvi şəkildə dollar və manatın “qara bazar”da satıldığını öz gözlərimlə gördüm. Bu qədər dollar, pul kütləsi həmin insanların əlinə necə keçib? Kim diktə edir bu “qara bazar”a? Niyə valyutadəyişmə məntəqələri ləğv edildi? Bu qədər insan işsiz qaldı, qara bazara daha da geniş imkan verildi”.

Deputatın bu çıxışı isə səbəbsiz deyil. Həqiqətən də əhalinin sıx olduğu yerlərdə, xüsusilə də “28 May” metro stansiyasının çıxışında, Səməd Vurğun bağının ərazisində bəzi şəxslər qeyri-qanuni valyuta bazarı formalaşdırıblar. Biz də həmin ərazidə olduq və dolların məzənnəsi ilə maraqlandıq.

- Dollar dəyişirsiz? Neçəyə dəyişirsiz?
– 1.83-ə.
- Banklarla eyni satırsız?
– Banklar 1.84-ə satır, biz 1.83-ə.
- Bank 1.8050-yə alır, mən də 1.8150-yə alıram.
– Siz bankdan alırsız?
- Yox, biz əldən alırıq.
– Son 1.8250-yə sataram.
- Bir nəfər var, biz pulu ondan alırıq. Gətirir bizə verir, biz də dəyişirik. Bankda işləmir.

Mütəxəssislər isə “qara bazar”ın yaranmasını bankların əhalinin dollara olan tələbatını ödəməməsi ilə əlaqələndirir. Kommersiya bankları aldıqları dolları satmadığı və ya dollar satışına limit təyin etdiyi üçün “qara bazar” genişlənir. Çünki vətəndaş dolları bankdan ala bilmədikdə, başqa yerdən almağa məcbur olur. İqtisadçı Vüqar Bayramlının sözlərinə görə, son araşdırmalar da göstərir ki, bəzi kommersiya bankları “qara bazar”ın saxlanmasında, qorunmasında maraqlıdır. Çünki onlar bu yolla gəlir əldə edirlər. Hətta “qara bazar”ın dollarla təminatının mənbəyi bir sıra kommersiya banklarıdır: “Kommersiya bankı hərracdan dollar alır, amma satmır. Vətəndaşdan da dollar alır. Çünki vətəndaş əlində olanı xərcləmək üçün dolların bir hissəsini satmalıdır. Deməli, həmin dollar “qara bazar”a gedir. Monitorinqlər də göstərir ki, “qara bazar”ın yaranma səbəblərindən biri də bəzi bankların “qara bazar”ın yaranmasında maraqlı olması ilə əlaqədardır. Çünki “qara bazar”da daha yüksək məbləğdə satmaq olur, daha yüksək məzənnə ilə dolları satmaq və ya almaq mümkündür”.

Vüqar Bayramlı qeyd edib ki, hazırda “qara bazar”ın il ərzində dövriyyəsi 0,5 milyard dollardır. Bu bazarın mövcudluğunun həm də manata psixoloji təzyiq olduğunu deyən iqtisadçı bildirib ki, vətəndaş bankdan dollar ala bilmədikdə, onda belə bir fikir formalaşır ki, manat dəyərini itirəcək: “Baxmayaraq ki, kommersiya banklarının dollar təklifi azdır, amma biz hərraclarla bağlı aylıq yekuna nəzər salsaq, hərraclarda artım olduğunu görərik. Xüsusilə Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan dolların həcmi azalmayıb. Bank gəlib həmin pulu hərracdan alır, həmin pul “qara bazar”a getdiyi üçün “qara bazar” aktivləşib. Pulun əhəmiyyətli hissəsi qara bazara gedib”.

Vüqar Bayramlının sözlərinə görə, dünya praktikası da göstərir ki, kimlərisə həbs etməklə “qara bazar”ı ləğv etmək mümkün deyil. Hüquq-mühafizə orqanlarından çox burada Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının rolu artırılmalıdır. Ekspert təklif edir ki, hesabatlarda dollar satışı ilə alışı arasında böyük fərq olduqda və dollar istifadə olunmayan vəsait kimi saxlandıqda, həmin banka dollar satılmasına və ya satışın minimuma endirilməsinə ehtiyac var. “Qara bazar”da olan pul banklarda satılsa, vətəndaş banklara üz tutacaq. Bundan başqa, “qara bazar”ın ləğvi üçün iqtisadçı valyutadəyişmə məntəqələrinin bərpasını da vacib sayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam